...

Əli Kərimli: "AXCP-nin strukturları partiya fəallarının evlərində və ADP-də fəaliyyətini davam etdirir"

Siyasət Materials 29 Noyabr 2006 15:17 (UTC +04:00)

AXCP hazırda heç bir yerdə yerləşməyib və partiyanın struktrularının yerləşdiriməsi üçün ofis axtarılması davam etdirilir. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiası əsasında çıxarılan məhkəmə qərarı ilə müxalifətçi Xalq Cəbhəsi Partiyası yerləşdiyi Xaqani 33 ünvanındakı binadan çıxarılıb.

Əli Kərimli deyib ki, AXCP-nin bəzi strukturları müvəqqəti olaraq partiya fəallarının evlərində yerləşiblər. Bəziləri isə müvəqqəti olaraq Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında məskunlaşıb. Ə.Kərimlinin sözlərinə görə, bütün strukturları pərakəndə vəziyyətdə olmasına baxmayaraq, partiyanın işi dayandırılmayıb: "Binadan çıxarılandan sonra AXCP-nin Rəyasət Heyətinin toplantısını keçirdik. Partiyanın rayon təşkilatları və digər strukturları da fəaliyyətlərini dayandırmayıb".

Xəbər lenti

Xəbər lenti