...

Şirkətin vitse-prezidenti: İtochu Azərbaycanın böyük neft layihələrində iştirak payını genişləndirmək istəyir

Siyasət Materials 4 Dekabr 2006 14:12 (UTC +04:00)
Şirkətin vitse-prezidenti: İtochu Azərbaycanın böyük neft layihələrində iştirak payını genişləndirmək istəyir

Yaponiyanın İtochu Corporation şirkəti Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi planlarını açıqlayıb. Şirkətin vitse-prezidenti Yokota Akiranın Trend ə verdiyi xəbərə görə, İtochu "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının işlənməsi və Bakı -Tbilisi-Ceyhan (BTC) neft kəməri layihələrində öz iştirakının genişləndirilməsi üzrə planlara malikdir.

Hazırda şirkət "Azəri-Çıraq-Günəşli" layihəsində 3,9%-ə, BTC layihəsində - 3,4%-ə malikdir.

"Əgər imkan olsaydı, biz payımızı genişləndirmək istərdik (neft layihələrində)", - deyə o bildirib.

Yokota Akira həmçinin qeyd edib ki, hazırda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində danışıqlar gedir.

"Lakin biz hələ cavab verməyə hazır deyilik. Bu layihə üçün böyük məbləğdə sərmayə lazımdır, lakin orada bir şirkət iştirak edə bilməz, ona görə də AÇG və BTC layihələrində olduğu kimi, konsorsiumda çıxış etmək və investisiya payını müəyyən etmək lazımdır", - deyə şirkətin vitse-prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti