...

Dekabrın 13-14-də Strasburqda Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 7-ci iclası keçiriləcək

Siyasət Materials 11 Dekabr 2006 18:56 (UTC +04:00)

Dekabrın 13-14-də Strasburqda Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 7-ci iclası keçiriləcək. İclasda Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Ialeh Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyeti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komissiya sədrlərinin müavinləri Rövşən Rzayev, Azər Əmiraslanov, deputatlardan Gülər Əhmədova, Jalə Əliyeva, Çingiz Əsədullayev, Rauf Əliyev, Ülvi Quliyev və Fuad Muradov daxildirlər.

Tədbirdə təşkilatla Azərbaycan arasında tərəfdaşlıq, iqtisadi, sosial, kənd təsərrifatı, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, ölkəmizdə siyasi vəziyyət, insan hüquqları, söz və mətbuat azadlığı, demokratik inkişaf sahələrində atılan addımlar, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.

Toplantıda vitse-spiker Ialeh Ələsgərov təşkilatın 2005-ci ildə keçirilən iclasının nəticələrinə dair məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti