...

Dövlət katibinin müavini: "ABŞ Azərbaycanın siyasi kursunu dəstəkləyir və siyasət, təhlükəsizlik, iqtisadiyyat və təhsil sahəsində əməkdaşlığı genişləndirməyə çağırır"

Siyasət Materials 18 Dekabr 2006 19:30 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 18-də Bakıda ABŞ dövlət katibinin demokratiya, insan haqqları və əmək üzrə müavini Barri Launkronu qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzində xəbər veriblər. B. Launkron Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, təhlükəsizlik və təhsil sahəsində əməkdaşlıbğın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın siyasi kursunu dəstəkləyir və daha yüksək nəticələr əldə etmək məqsədilə gələcəkdə də qarşılıqlı təcrübə mübadiləsinin tərəfdarı olduğunu deyib. E. Məmmədyarov söyləyib ki, Avroatlantik strukturlara inteqrasiya ilə yanaşı, ABŞ-la siyasi və iqtisadi əməkdaşlıq, təhsil sahəsində qarşılıqlı təcrübə proqramı da Azərbaycanın milli maraqlarına daxildir.

Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, nazir vurğulayıb ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsi bölgədə sülhün bərqərar olması və demokratiyanın inkişafını ləngidir.

Xəbər lenti

Xəbər lenti