...

İsa Qəmbər: "Mitinqlər üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etiyi yerləri seçsək, imtina üçün əsas qalmayacaq"

Siyasət Materials 9 Yanvar 2007 15:04 (UTC +04:00)

"Bakı Şəhər İcra Hakimiyyəti bizə kütləvi aksiyalar keçirməyi qadağan edib. Ona görə də tərəfdarlarımızı polis zorakılığı ilə üz-üzə qoymaq istəmirik. Mitinqlər üçün İcra Hakimiyyətinin təklif etdiyi yerləri seçsək, artıq imtina üçün heç bir əsas və səbəb qalmayacaq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

O qeyd edib ki, Müsavat Partiyası hazırda digər müxalifət qüvvələri ilə birgə kütləvi aksiyaların keçirilməsi üçün danışıqlar aparır. İsa Qəmbər artıq partiyalar arasında ilkin məsləhətləşmələr aparıldığını deyib. O əlavə edib ki, partiya razılaşırılmamış aksiyalar keçirməklə, üzvlərinin zorakılığa məruz qalmasına tərəfdar deyil. Ona görə də Müsavat Partiyası hesab edir ki, bütün müxalifət qüvvələri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdən birində birgə kütləvi tədbir keçirməlidir.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti