...

Vəhdət Partiyası qurultaya hazırlaşır

Siyasət Materials 11 Yanvar 2007 13:13 (UTC +04:00)

Vəhdət Partiyasının nöbəti qurultayı 2007-ci ildə keçiriləcək. Bu barədə Trend ə açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli məlumat verib. Onun sözlərinə görə, toplantıda partiyanın ötən dövrdəki fəaliyyətinə qiymət veriləcək, sədr seçkisi keçiriləcək və rəhbərlik formalaşdırılacaq.

"Eyni zamanda, qurultay prezident seçkilərinə hazırlığa strat veriləcəyi bir dövrdə keçirildiyinə görə bu məsələ də müzakirə olunacaq və müdafiə edəcəyimiz namizədlə bağlı qərara qəbul olunacaq" - deyə Tahir Kərimli bildirib.

O qeyd edib ki, yenidən partiya sədri seçilmək üçün namizədliyini irəli sürəcək: "Partiyada belə bir fikir var ki, mən yenidən sədr seçilim. Hələlik heç kim bu vəzifəni tutmaq istəyində olduğunu açıqlamayıb. Lakin bütün bu məsələləri qurultay həll edəcək. Qurultaydan əvvəl isə partiyanın Baş Məclisinin iclası keçiriləcək."

Xatırladaq ki, 1990-cı ilin əvvəllərində yaradılan Vəhdət Partiyası 2005-ci ilin parlament seçkilərinə qədər müxalifətyönlü təşkilat kimi fəaliyyət göstərib. Seçkilərdən sonra partiya prezident İlham Əliyevin siyasi kursunu dəstəkləmək haqqında qərar qəbul edib. Partiyanın sədri Tahir Kərimlidir.

Xəbər lenti

Xəbər lenti