...

Bərdə-Bakı marşrutundakı avtomobillərdə gediş haqqı qaldırılıb

Siyasət Materials 11 Yanvar 2007 14:10 (UTC +04:00)

Bərdə rayonunda sərnişin daşıyan avtomobillərin qiyməti artıb. Bərdədən digər şəhər və rayonlara, Bərdənin kəndlərinə və şəhərdaxili sərnişin daşıyan avtomobillərdə gediş haqqı 80-100% gədər qalxıb. Trend in bölgə müxbiri xəbər verir ki, Bərdədən Bakıya gələn marşrutun qiyməti İKARUIS markalı avtobusla 3 manat 60 qəpikdən 5 manata, mikroavtobuslarda - 4manatdan 6 manata, yüngül minik avtomobillərində 6 manatdan 10 manata gədər artıb. O cümlədən şəhərdaxili marşrutlar 10 qəpikdən 20 qəpiyə, rayonun kəndlərinə sərnişin daşıyan avtomobillər isə 100%-ə gədər bahalaşıb.

Bərdə rayon avtovağzalında bildirdilər ki, bu, yanacağın və avtomobil ehtiyat hissələrinin bahalaşması ilə əlagədardır.

Xəbər lenti

Xəbər lenti