Rusiyada GUAM ölkələri ilə qarşılıqlı münasibətlər Rusiyanın GUAM ilə bir təşkilat kimi qarşılıqlı münasibətləri səviyyəsində deyil, hələ ikitərəfli əlaqələr səviyyəsində gedir. Trend xəbər verir ki, bu barədə fevralın 2-də Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov mətbuat konfransında Rusiyanın təşkilatın genişlənməsinə dair mövqeyini şərh edərkən bildirib.
O qeyd edib ki, təşkilatın özünə gəlincə, bizim rəhbərlikdən təşkilatın bizi qane etmədiyinə dair heç bir bəyanat olmayıb.
"Təşkilat mövcuddur, biz təşkilatın hər bir üzv-ölkəsi ilə ayrılıqda qarşılıqlı əlaqədəyik, əgər belə bir məsələ yaranarsa, bütövlükdə GUAM ilə də qarşılıqlı əlaqədə olmağa hazırıq", - deyə o bildirib.