...

"Boinq - 787" təyyarələri regionda ilk dəfə olaraq Azərbaycana gətiriləcək

Siyasət Materials 5 Fevral 2007 19:09 (UTC +04:00)

"Boinq - 787" modelli təyyarələr regionda ilk dəfə olaraq Azərbaycana gətiriləcək. Trend in məlumatına əsasən, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə "Boinq" şirkətinin baş icraçı direktoru Skott Karson bəyan edib.

Azərbaycanın şirkətlə son 6 ildə uğurlu əməkdaşlığını qeyd edən dövlət başçısı şirkət rəhbərinin bu səfərini gələcək əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd edib. Azərbaycanın regiondakı mövqeyini qeyd edən prezident ölkənin iqtisadi imkanlarının tam təmin olunması üçün gələcəkdə yeni təyyarələrə ehtiyacın olduğunu vurğulayıb.

S. Karson ölkənin uğurlu iqtisadi inkişafından təəssüratlarını bildirib və Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, regionda ilk dəfə olaraq Boinq-787 təyyarələrinin Azərbaycana gətirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti