...

Kənd təsərrüfatı naziri: Azərbaycanda çöl və ev quşlarının kütləvi şəkildə qırılması müşahidə olunmur

Siyasət Materials 7 Fevral 2007 13:43 (UTC +04:00)
Kənd təsərrüfatı naziri: Azərbaycanda çöl və ev quşlarının kütləvi şəkildə qırılması müşahidə olunmur

İndiyədək Azərbaycanda "quş qripi" virusu səbəbindən ev və çöl quşları arasında kütləvi qırılma halları qeydə alınmayıb. Trend xəbər verir ki, bu barədə çərşənbə günü kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu məsələ müvafiq dövlət orqanlarının nəzarəti altındadır və virusla mübarizə çərçivəsində bütün tədbirlər həyata keçirilir.

"Ötən il ölkədə "quş qripi" ilə bağlı vəziyyətin başqa cür olmasına baxmayaraq, bu il hələ həmin məsələyə dair təhlükə ilə bağlı heç bir xəbər olmayıb", - deyə nazir bildirib.

2006-cı ilin əvvəlində Azərbaycanda H5N1 virusu Xəzər dənizinin sahil zolağı ətrafında toplanmış çöl quşlarının cəsəd nümunələrində qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti