...

Səfir: Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti görüşü hazırlanır

Siyasət Materials 12 Fevral 2007 15:25 (UTC +04:00)

Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Xəzəryanı ölkələrin işçi qrupunun növbəti görüşü hazırlanır. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib.

Görüşü fevralın sonu martın əvvəli Tehranda keçirmək planlaşdırılır. Bu barədə razılaşma İran prezidentinin Xəzər problematikası üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Safarinin bu yaxınlardakı səfəri zamanı əldə edilib.

Səfir qeyd edib ki, beştərəfli işçi qrupun görüşünün daha dəqiq tarixi diplomatik kanallarla müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti