...

BP Azerbaijan şirkətinin başçısı: ABƏŞ 2007-ci ildə "Azəri-Çıraq-Günəşli"də neft hasilatını xeyli artıracaq

Siyasət Materials 13 Fevral 2007 17:36 (UTC +04:00)
BP Azerbaijan şirkətinin başçısı: ABƏŞ 2007-ci ildə "Azəri-Çıraq-Günəşli"də neft hasilatını xeyli artıracaq

2007-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından sutkada 708 min barel neft hasil etməyi planlaşdırır, bu isə 2006-cı ildə sutkada hasil olunan həcmdən 236 min barel çoxdur. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı mətbuat konfransında BP Azerbaijan şirkətinin başçısı Bill Şreder məlumat verib.

2007-ci ildə "Şahdəniz" qaz-kondensat yatağında karbohidrogen hasilatı sutkada 65 min barel neft ekvivalenti, o cümlədən sutkada 48 min barel neft ekvivalenti qaz (və ya ildə 2,8 mlrd.m3) və 17 min barel neft ekvivalenti kondensat təşkil edəcək.

"Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri (SCP) layihələri üzrə ümumi kapital xərcləri 2007-ci ildə 3,092 mlrd. ABŞ dolları səviyyəsində, o cümlədən, "Azəri-Çıraq-Günəşli" üzrə $2,579 mlrd. (2006-cı illə müqayisədə $102 mln. çox), BTC üzrə - $138 mln. (2006-cı illə müqayisədə $782 mln. az), "Şahdəniz" üzrə - $334 mln. (2006-cı illə müqayisədə $437 mln. az), SCP üzrə - $41 (2006-cı illə müqayisədə $228 mln. az) səviyyəsində planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti