...

Azərbaycan prezidenti Almaniyanın xarici işlər naziri və bundestaq başçısı ilə görüşüb

Siyasət Materials 15 Fevral 2007 20:33 (UTC +04:00)

Almaniyada rəsmi səfərdə olan Azərbaycan prezidenti bu gün Berlin şəhərinin meri ilə görüş keçirdikdən və Almaniyanın "Alman dalğası" kanalına müsahibə verdikdən sonra "Zukov" Fondunun prezidenti Mixail Zukovla görüşüb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Görüşdə dövlət başçısı Azərbaycanda reallaşdırılan layihələr, "Zukov" fondunun da yaxından iştirak etdiyi layihələr barədə fikir mübadiləsi aparılıb.

İlham Əliyev Almaniyanın Şərqi və Mərkəzi Cəmiyyətinə daxil olan böyük şirkətlərin başçıları ilə görüşüb. Görüşdə ölkəmizdə uğurla inkişaf etdirilən neft, qaz, tikinti, sement, polad və polad məmulatları istehsalı, energetika, metallurgiya, gəmiqayırma, bankçılıq və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Günün ikinci yarısında İ.Əliyev federal xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.

Sonra Azərbaycan prezidenti Almaniya Bundestaqının başçısı ilə görüş keçirib.

Xəbər lenti

Xəbər lenti