...

Azərbaycan Rabitə Nazirliyi respublikanın hər yerində TAC KART sistemini tətbiq edib

Siyasət Materials 22 Fevral 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Babayeva/Aztelekom İB və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TAC KART adı altında kartların respublikanın hər yerində reallaşdırmasını başa çatdırıb. Bu barədə nazirlikdən məlumat verilib.

TAC KART - rabitə sahəsində debitora alternativ olaraq yaradılmış kredit sistemidir. Abunəçi debitor sistemi ilə həyata keçirilmiş beynəlxalq və şəhərlərarası danışıqlara görə ödəməni TAC KART sistemi vasitəsilə pul vəsaitini telefonun balansına köçürməklə ödəyir.

Bu sistemə qoşulmaq üçün abunəçilər 2,4,10 manat dəyərində olan TAC KART kartlarını əldə etməlidir. Sonra ev telefonundan "124" nömrəsinə zəng vurur və PIN kodu yığandan sonra balansına pul vəsaitini (konturlar) yükləyir. Abunəçi danışıqlar aparmaq üçün "123" kodunu yığır və stansiyadan hazırlıq zəngini gözləyir, bundan sonra nömrə yığılır.

Xəbər lenti

Xəbər lenti