...

Moldova Azərbaycandan qaz idxalına başlaya bilər

Siyasət Materials 22 Fevral 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Xəlilova / 2007-ci ilin aprel ayına qədər Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Moldovanın Sənaye və İnfrastruktur Nazirliyi hər iki ölkənin müəssisələri arasında kooperasiya əlaqələrinin inkişafı üzrə təklif mübadiləsi aparmalıdırlar. Bu razılaşma cümə axşamı Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın II iclasında əldə olunub.

Moldovanın sənaye və infrastruktur naziri Vladimir Antosiy Azərbaycana təklif edib ki, NABUCCO layihəsinə daxil olmaqda Moldovanı dəstəkləsin. Neft-qaz resurslarının kəşfiyyatında Azərbaycanın təcrübəsini nəzərə alaraq, həmçinin Moldovanın yeraltı sərvətlərinin kəşfiyyatı üzrə tenderdə iştiraka dair təklif daxil olub.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan qazının Moldovaya nəqli istiqamətində də əməkdaşlıq qaydaya salına bilər. Bu gün Moldova bir min kubmetri 160 ABŞ dolları dəyərində "mavi yanacağı" Rusiyadan idxal edir.

Moldova həmçinin elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıqda da maraqlıdır, belə ki, bu gün o, 70% elektrik enerjisini idxal edir və cəmi 30%-i özü istehsal edir.

Baş nazirin birinci müavini Eyyub Yaqubov Moldovanı mümkün qədər dəstəkləməyə hazır olduğunu bildirib, lakin bu zaman enerji resurslarının Avropaya nəqli ilə bağlı enerji təhlükəsizliyi nəzərə alınmalıdır.

Moldovanın baş naziri Vasili Tarlevin fikrincə, neft və qaz sahəsində əməkdaşlıq üçün ölkələr arasında yaxşı potensial var, ona görə də prioritetlərin aşkar edilməsi üçün müvafiq qurumlar arasında sıx kooperasiyaya zərurət var.

Xəbər lenti

Xəbər lenti