...

Telefon danışıqlarının vaxt hesabı ilə ödənilməsinin tətbiqi İnternet istifadəsinə aid olmayacaq

Siyasət Materials 23 Fevral 2007 16:27 (UTC +04:00)
Telefon danışıqlarının vaxt hesabı ilə ödənilməsinin tətbiqi İnternet istifadəsinə aid olmayacaq

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Şəhərdaxili telefon danışıqlarına görə limitin tətbiq olunması Azərbaycanda İnternet istifadəçilərinə aid edilməyəcək. Bu barədə bu gün rabitə və informasiya texnologiyaları nazirliyindən məlumat verilib.

Nazirliyin Tarif Şurasına təqdim etdiyi təkliflərdə İnternet istifadəsi üçün şəbəkə xidmətlərinə tariflərin dəyişdirilməsi ilə bağlı bənd yoxdur.

Nazirliyin yeni təkliflərində abunə haqqının artırılması, şəhərdaxili danışıqlarda pulsuz 450 dəqiqə limitinin tətbiq edilməsi yer alıb. Bu vaxtın bitməsindən sonra abunəçi ilkin göstəriciyə əsasən, 1 dəqiqə üçün 0,5 qəpik ödəyəcək. Bu kontekstdə nazirlik beynəlxalq və şəhərlərarası danışıqlara olan tarifləri 20-30% azaltmağı planlaşdırır.

Şuranın nazirliyin təkliflərinə mart ayında baxacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti