Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İlin sonuna qədər məhsəti türklərinin Gürcüstana qayıtması ilə bağlı qanun qəbul olunacaq.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzenin verdiyi məlumata görə, hazırda hüquqşünaslardan ibarət qrup tərəfindən Gürcüstandan deportasiya edilmiş məhsəti türklərinin geri qaytarılması mexanizmi hazırlanır. Qəbul olunacaq qanunun bu kateqoriyadan olan bütün şəxslərin geri qayıtması prosesini tam əhatə edəcəyi gözlənilir.
Səfir Azərbaycanda 100 mindən çox məhsəti türkünün yaşadığını və bunlardan nə qədərinin öz doğma yurdlarına qayıtmaq istədiyinin məlum olmadığını bildirib.