Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv fərmanı imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.
Fərmana əsasən, bir nəfər - Ali Məhkəmənin 1999-cu il 20 may tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Kərimov Kəramət Paşa oğlunun cəzası 25 il azadlıqdan məhrumetmə ilə əvəz edilib. Ali Məhkəmə tərəfindən məhkum edilmiş 85 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Eyni zamanda Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmə tərəfindən şərti olaraq məhkum edilmiş Nuriyev Səid cazadan azad edilib, 9 nəfər cəzasnın çəkilməmiş hissəsindən azad edilib, cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad edilib.