...

Gültəkin Hacıyeva: "AŞPA həmməruzəçiləri hesab edirlər ki, Azərbaycanda siyasi məhbus probleminin tam qapadılması üçün ciddi addımlar atılıb"

Siyasət Materials 30 Mart 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyətinə dair hazırladıqları hesabatda siyasi məhbus probleminə də yer ayrılıb. Məruzədə qeyd olunub ki, Azərbaycanda bu problemin tam qapadılması üçün ciddi addımlar atılıb. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva cümə günü Strasburqda məlumat verib.

"Həməruzəçilər prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı və bu fərman nəticəsində qeyri-hökumət təşkilatlarının siyahısında olan 11 nəfər məhbusun azadlığa çıxmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, məruzədə qeyd olunub ki, hökumət, parlament və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupun fəaliyyəti gücləndirilməlidir. Yaranmış problemlər Azərbaycan daxilində və işçi qrupun fəaliyyəti nəticəsində öz həllini tapmalıdır", -deyə G.Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, sənədddə müəyyən tənqidi məqamlarla yanaşı əldə olunan irələiləyişlər və müsbət məqamlar da qeyd olunub.

Xəbər lenti

Xəbər lenti