...

Şəxsiyyət vəsiqəsini xaricdə itirən azərbaycanlılara şəhadətnamələr veriləcək

Siyasət Materials 10 Aprel 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Alizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında" Əsasnamə üçüncü oxunuşda təsdiq edilib.

Milli Məclisin İnsan Hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycan vətandaşının pasportu xaricdə itdiyi, oğurlandığı, yararsız vəziyətə düşdüyü və ya müddəti başa çatdığı halda, onların ölkəyə qayıdışını təmin etmək üçün şəhadətnamə verilir. R.Aslanova qeyd edib ki, Azərbaycan vətandaşları xaricə 4 sənəd - xarici, diplomatik, xidməti və dənizçi pasportları ilə səfər edə bilərlər. Bu sənədləri daşıyan şəxslər onu itirdiyi halda onlara ölkəyə qayıtmalarını təmin etmək üçün qayıdış şəhadətnaməsi verilir.

Onun sözləritnə görə, Azərbaycanda vətəndaşlığı olmayan 20 min əcnəbi yaşayır və onlara xarici ölkələrə gedib-gəlmək üçün şəxsiyyət vəsiqəsi verilib. Millət vəkili bildirib ki, qanun Azərbaycan vətandaşlığı olmayan və ölkəmizdə daim yaşayan şəxslərə, xarici ölkədə həmin şəxsiyyət vəsiqəsini itirdikləri halda geri dönmələrini təmin etmək üçün qayıdış şəhadətnaməsinin verilməsi imkanını yaradır.

R.Aslanova vurğulayıb ki, sənədini itirən şəxslər Azərbaycanın diplomatik nümayəndəliyinə müraciət etməlidirlər. Orada həmin şəxslərin anket ərizələri doldurulur və Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə göndərilir. XİN isə həmin məlumatları yoxlamaq üçün Daxili İşlər Nazirliyinə göndərir. Bütün bu proses, məlumatların yoxlanılması 3 gün ərzində başa çatmalıdır və həmin şəxsə Azərbaycana qayıtması üçün qayıdış şəhadətnaməsi veilməlidir.

Qayıdış şəhadətnaməsi alan şəxs 10 gündən 20 günə gədər olan müddət ərzində həmin müvəqqəti sənədi müvafiq icra strukturuna qaytarmalıdır. Komissiya sədri vurğulayıb ki, birinci və ikinci oxunuşdan sonra qanun layihəsinə bir sıra dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti