...

Andres Herkel: "Azərbaycanda gedən müsbət dəyişiklikləri dəstəkləyirik"

Siyasət Materials 17 Aprel 2007 15:12 (UTC +04:00)
Andres Herkel: "Azərbaycanda gedən müsbət dəyişiklikləri dəstəkləyirik"

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel jurnalistlərə verdiyi müsahibədə Azərbaycanda demokratiya və insan hüquqları yolunda gedən müsbət inkişafı dəstəklədiklərini bildirib.

Azərbaycanda müəyyən axsaqlıqların hələ də davam etdiyini bildirən Herkel 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin də Azərbaycanda demokratiyanın inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib.

Herkel həm də bildirib ki, məruzədə Qarabağ məsələsinə də yer verilib, məruzənin Azərbaycanın inkişafı üçün hazırlanmış bir bəyanat olduğunu ifadə edib.

Xatırlatmaq lazımdır ki, dünən AŞPA-nın Azərbaycanın öhdəlikləri ilə bağlı gedən iclasında da Herkel Azərbaycanda gedən inkişafa müsbət fikir bildirib.

Xəbər lenti

Xəbər lenti