...

"Təhsil haqqında" qanun layihəsi Azərbaycanın 55 təşkilatına göndərilib

Siyasət Materials 23 Aprel 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Təhsil haqqında" qanun layihəsi rəy verilməsi üçün Azərbaycanda 55 təşkilata göndərilib. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Asəf Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hələlik həmin təşkilatların hamısı qanun layihəsi ilə bağlı rəy və təkliflərini Komissiyaya təqdim etməyiblər.

Millət vəkili hesab edir ki, "Təhsil haqqında" qanun parlamentin yaz sessiyasında birinci oxunuşdan keçməlidir.

Xəbər lenti

Xəbər lenti