...

Gürcüstanda Azərbaycan məktəbləri getdikcə sıradan çıxır

Siyasət Materials 5 May 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda Azərbaycan məktəbləri getdikcə sıradan çıxır. Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının lideri Əlibala Əsgərov şənbə günü bu barədə açıqlama verib.

Əsgərov qeyd edib ki, Gürcüstanın təhsil haqqında yeni qanununa əsasən, orta məktəblərə orada təhsil alan şagirdlərin sayına uyğun maliyyə vəsaiti ayrılır. Şagirdlərin sayı az olan məktəblər də maliyyə çatışmazlığına görə bağlanmaq məcburiyyətində qalır. Əsgərovun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların işsizlik problemi üzündən ölkəni tərk etməsi Azərbaycan məktəblərində şagirdlərin azalmasına, nəticədə həmin məktəblərin bağlanmasına gətirib çıxarır.

"Sıradan çıxan Azərbaycan məktəblərinin şagirdləri qonşu kəndlərdəki məktələrə getməyə, hər gün ən azı beş kilometr məsafə qət etməyə məcbur olacaqlar. Şagirdlərin uzaq məktəblərə maşınla aparılması da təmin edilməyəcək. Mən hesab edirəm ki, ümumilikdə 168 Azərbaycan məktəbindən 2008-ci ildə təxminən 50-dən çoxu sıradan çıxacaq" - deyə Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti