...

Səfir: "Rusiya XİN başçısının səfər proqramının zəngin olacağı gözlənilir" (video)

Siyasət Materials 15 May 2007 15:50 (UTC +04:00)
Səfir: "Rusiya XİN başçısının səfər proqramının zəngin olacağı gözlənilir" (video)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Gələn həftə Bakıda Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığına dair bir sıra məsələlərin müzakirəsi keçiriləcək. Danışıqlar mayın 21-25-də Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində baş tutacaq. Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib. Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətində Rusiya XİN-in bir sıra departament direktorları yer alacaq.

Səfirin sözlərinə görə, əsas danışıqlar Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla olacaq. Bakıdakı təmaslar zamanı ikitərəfli və regional əməkdaşlığa dair bütün aspektlər, o cümlədən Xəzər mövzusu, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti