...

Ağstafada bir neçə ton çətənə kolu məhv edilib

Siyasət Materials 24 May 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Ağstafa rayonunda ümumi çəkisi beş tondan artıq olan çətənə kolu məhv edilib. Bu barədə məlumatı çümə axşamı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsinin rəis müavini Rəfael İsmayılov verib. Onun sözlərinə görə, rayonun Qarayazı qəsəbəsində yerləşən meşə zolağında yabanı halda bitən narkotik vasitə hesab olunan 7 min 216 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

İsmayılov bildirib ki, Ağstafa rayon Polis İdarəsinin əməkdaşları ilə birgə aparılan əməliyyat tədbirləri nəticəsində beş tondan artıq çətənə kolu müəyyən edilib.

Ağstafa paytaxt Bakıdan 460 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti