...

Dünya Uşaq Parlament Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək

Siyasət Materials 1 İyun 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dünya Uşaq Parlament Assambleyasının növbəti toplantısı Azərbaycanda keçiriləcək. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan Uşaq Parlamenti layihəsinin əsas təşkilatçılarından biri olan deputat Məlahət Həsənova məlumat verib.

O qeyd edib ki, Azərbaycan Uşaq Parlamenti yenicə yaradılmasına baxmayaraq, artıq Dünya Uşaq Parlament Assambleyasına üzv olub.

"Bir neçə gün əvvəl Dünya Uşaq Parlament Assambleyasının toplantısı keçirilib. Qərara alınıb ki, qurumun Baş Məclisinin səkkizinci iclası Azərbaycanda keçirilsin" - deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, dünyanın 50-dən çox ölkəsi Dünya Uşaq Parlament Assambleyasının üzvüdür. Lakin Bakıda baş tutacaq toplantının tarixi və gündəliyi dəqiqləşdirilməyib.

Cümə günü Milli Məclisdə Azərbaycanın Uşaq Parlamentinin təqdimat mərasimi keçirilib. Uşaq Parlamentinin 85 üzvü var. Onlar 3 il müddətinə seçiliblər. Balaca parlamentarilər öz iclaslarını Bakının Qafqaz Kollecində keçirəcək. İldə iki dəfə Milli Məclisin iclas zalında Uşaq Parlamentinin sessiyası olacaq.

Xəbər lenti

Xəbər lenti