...

"Cəmiyyətdə qadınların passivliyinə yol açan səbəblər" mövzusu müzakirə olunub

Siyasət Materials 13 İyun 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda qadın hüquqları sahəsində maarifləndirmənin lazımi səviyyədə olmaması qadınların passivliyinin artmasına gətirib çıxarır. Bu fikirlər Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının təşəbbüsü ilə "Cəmiyyətdə qadınların passivliyinə yol açan səbəblər" mövzusunda çərşənbə günü keçirilən dəyirmi masada səsləndirilib.

Müzakirələr zamanı iştirakçılar Azərbaycanda qadınların passivliyinə yol açan səbəblərlə bağlı fikirlərini ifadə ediblər. Qeyd olunub ki, qadınların passivliyinə bəzi mental xüsusiyyətlər, cəzasızlıq, hüquq-mühafizə orqanlarının qadın zorakılığına biganə qalması, ailə-məişət münasibətləri, adət-ənənələr, din üzərində manipulyasiyalar və s. səbəblər gətirib çıxarır. Tədbir iştirakçılarının əksəriyyətinin qənaətinə görə, qadınların öz hüquqları barəsində lazımi səviyyədə maarifləndirilməməsi əsas problemlərdən biridir və bu, qadın hüquqları ilə məşğul olan qurumların gələcək layihələrində nəzərə alınmalıdır.

Tədbirin sonunda qərara alınıb ki, Demokratik İslahatlar Partiyasının bu mövzuda ictimai müzakirələri davam etdirilsin, həmçinin effektli fikir və təkliflər qanunverici və icraedici hakimiyyə rəhbərliyinə təqdim edilsin.

Xəbər lenti

Xəbər lenti