...

Rusiyada axtarışda olan cinayətkar Azərbaycanda həbs olunub

Siyasət Materials 29 İyun 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada cinayət törədən şəxs həbs olunub. Azərbaycan DİN-in mətbuat xidmətindən cümə günü bildiriblər ki, həbs olunan Fuad Nuriyev Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) Leninqrad vilayətinin Luqa rayon Daxili İşlər İdarəsi tərəfindən axtarışda olub.

Nuriyevin məhkəməsi Rusiyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti