...

İsrailin Xarici İşlər Nazirliyi fars dilində danışacaq

Siyasət Materials 11 İyul 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ İsrailin Xarici İşlər Nazirliyi fars dilində veb-sayt açıb. İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu, İsrail Xarici İşlər Nazirliyinin İsrail haqqında həqiqətlərin İran ictimaiyyətinə çatdırılması cəhdlərinin bir hissəsidir.

Yeni sayt "Həmdəmi" adlanır, tərcümədə isə "dostluq" və "qardaşlıq" deməkdir. Vebsaytın ünvanı aşağıdakı kimidir: https . Vebsaytı İsrail XİN-nin İnformasiya və mətbuat şöbəsinin Ərəb mətbuatı departamenti idarə edəcək.

Xəbər lenti

Xəbər lenti