...

Azərbaycan DİN Rusiyada tutulmuş narkotikin izlərini Bakıda axtarır

Siyasət Materials 30 İyul 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı zəruri əməliyyat-axtarış və istintaq hərəkətlərini davam etdirir. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2007-ci ilin 6 ayı ərzində 185 kiloqramdan artıq narkotik maddə götürülüb. Habelə 160 kiloqram narkotik xassəli bitki yaşıl kütlə halında məhv edilib. Bu müddətdə 520 cinayət hadisəsi aşkar edilib, bu cinayətlərə görə 1119 nəfər məsuliyyətə cəlb edilib.

Məlumatda bildirilir ki, bu il iyulun 19-da Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti tərəfindən Perm şəhərində Azərbaycandan gətirilmiş pomidorla dolu maşında gizlədilmiş 107 kq narkotik vasitə aşkarlanıb. Onun Rusiya vətəndaşı Rasif Ağayevə məxsus olduğu müəyyənləşdirilib.

Narkotik vasitənin mənbəyini müəyyən etmək üçün Azərbaycan DİN Baş Narkotiklərlə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri tərəfindən iyulun 20-də Bakıda "isti izlərlə" əməliyyat keçirilib, Rusiya vətəndaşı Əbülfət Yusifov və Lənkəran sakini Mais Məmmədov saxlanılıb. Həmin şəxslərin transmilli cinayətkar dəstəyə və aşkarlanmış narkotikin mənbəyinə aidiyyəti araşdırılır.

Xəbər lenti

Xəbər lenti