...

Metyu Brayza Bakıda məsləhətləşmələr keçirir

Siyasət Materials 2 Avqust 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıda məsləhətləşmələr keçirir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr Departamentinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, Brayza Bakıya cümə axşamı iki günlük səfərlə gəlib. Amerikalı həmsədrin bir sıra nazirliklərdə və idarələrdə, o cümlədən Xarici İşlər Nazirliyi ilə Sənaye və Energetika Nazirliyində görüşləri planlaşdırılır.

Brayzanın Azərbaycana səfərinin məqsədi ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsidir. Henik bir müddət öncə Trend ə açıqlamasında qeyd etmişdir ki, Qarabağ nizamlanması ilə yanaşı Brayza Bakıda energetika və demokratiya məsələlərini müzakirə edəcək.

Brayza Bakıya Moskvadan gəlib. Amerikalı diplomat dünən Rusiya paytaxtında ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Qarabağ nizamlanmasına dair məsləhətləşmələr aparıb. Moskvadan öncə Brayza Tbilisi və Yerevanda olub.

Xəbər lenti

Xəbər lenti