Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycandan olan 10 nəfər müşahidəçi Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün çərşənbə axşamı adıçəkilən ölkəyə yola düşüblər. Bu barədə çərşənbə axşamı Bakıda MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı müşahidəçilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qısamüddətli müşahidəçi missiyasının tərkibində müşahidə aparacaqlar.
"Azərbaycandan olan bir nəfər müşahidəçi isə bir aya yaxındır ki, ATƏT DTİHB-nin Qazaxıstandakı uzunmüddətli müşahidə missiyasının tərkibində fəaliyyət göstərir" - deyə MSK-dan bildirilib.
MSK-nın daha 4 nəfər müşhaidəçisi isə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilən səsvermə prosesini müşahidə edəcək.
Avqustun 18-də Qazaxıstan parlamentinə seçkilər keçiriləcək.