...

Azərbayacan XİN: Biz imkan verməyəcəyik ki, xarici missiyalar Dağlıq Qarabağa qonşu dövlətlərin ərazisindən daxil olsunlar

Siyasət Materials 30 Avqust 2007 19:34 (UTC +04:00)
Azərbayacan XİN: Biz imkan verməyəcəyik ki, xarici missiyalar Dağlıq Qarabağa qonşu dövlətlərin ərazisindən daxil olsunlar

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan hər hansı bir xarici missiyanın Dağlıq Qarabağ regionunun işğal olunmuş ərazisinə qonşu dövlətlərdən daxil olmasına imkan verməyəcək. Bunu cümə axşamı Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Öz erməni həmkarının "Avropa Şurası Parlament Assambleyasının mədəniyyət məsələləri üzrə alt komitəsinin məruzəçisi Edvard O'Haranın rəhbərlik etdiyi AŞ PA Parlament Missiyasına Ermənistandan Dağlıq Qarabağ və Naxçıvana səfər etməsinə icazə verməməsilə bağlı, Azərbaycan tərəfinin qeyri konstruktiv mövqeyi ilə bağlı" mülahizələrini şərh edərkən İbrahim bəyan edib ki, Azərbaycan tərəfi öz qanunvericiliyinə və beynəlxalq hüquqa hörmət olunmasını tələb edir.

Missiya 2006-cı ildə Azərbayacan tərəfinin AŞ baş katibi Terri Devisə işğal olunmuş ərazilərdə Azərbaycanın mədəniyyət və tarixi abidələrinin dağıdılması ilə əlaqədar monitorinq keçirilməsi üçün missiya təşkil olunması xahişindən sonra yaradılıb. Bakıda hesab edirlər ki, missiya araşdırmaları Ermənistanda və Azərbayacanda, həmçinin Ermənistanın işğal etdiiyi Azərbaycan torpaqlarında aparmalıdır.

O'Haranın rəhbərlik etdiyi missiyanın səfəri avqustun sonu sentyabrın əvvəlində baş tutmalı idi. "AŞ PA-nın Cənubi Qafqazdakı mədəniyyət abidələrinin monitorinqi üzrə missiyasının səfəri hər hansı bir problemlə bağlı deyil. Bu məsələ hər iki ölkənin nazirliklərində müzakirə olunur və nazirlər səviyyəsində artıq müəyyən irəliləyiş var", - deyə öncə O'Hara Trend ə bildirmişdi.

Sonra isə səfərin tarixinin qeyri müəyyən müddətə dəyişdirilməsi məlum olub.

Xəbər lenti

Xəbər lenti