...

ACP-nin prezidentliyə namizədi Rəsul Quliyevdir

Siyasət Materials 6 Sentyabr 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyasının gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində prezidentliyə namizədi partiyanın lideri Rəsul Quliyevdir. Bu barədə cümə axşamı Trend ə partiyanın sədri Akif Şahbazov məlumat verib.

Onun sözlərinə görə, partiya seçkiyə hazırlaşmazdan əvvəl , ölkədə demokratik seçki mühitinin yaradılmasına çalışır. Bunun üçün digər müxalifət partiyaları ilə əməkdaşlıq edəcək. ACP partiyalarla bu istiqamətdə danışıqlar aparır: "Biz seçki mühitinin normallaşdırılması üçün digər partiyalarla fəaliyyətimizi əlaqələndirəcəyik. Əgər demokratik seçki mühiti yaradılsa, partiyanın lideri Rəsul Quliyev vətənə dönəcək və seçkidə iştirak edəcək"-deyə Şahbazov açıqlama verib.

O, əlavə edib ki, seçki ərəfəsində demokratik prinsiplərə nəzərə alınaraq ,bütün siyasi qüvvələr üçün əlverişli mühit yaradılmasa, ACP seçkini boykot edə bilər.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1995-ci ildən bəri mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti