...

Baş dövlət baytarlıq müfəttişliyinin sərəncamı Gürcüstanla sərhəd məntəqəsində pozulur

Cəmiyyət Materials 26 Sentyabr 2007 01:24 (UTC +04:00)

Azərbaycan, Balakən / Trend müxbir E. Quliyev/ Azərbaycan Baş dövlət baytarlıq müfəttişliyinin ölkənin bütün sərhədlərində quş qripi təhlükəsi ilə əlaqədar dezinfeksiya işlərinin aparılması haqda sərəncamı Gürcüstanla sərhəd məntəqəsində pozulur. Balakən rayonu Mazimçay sərhəd baytar nəzarət buraxılış məntəqəsinin baş baytar həkimi Yaqub Ömərov Trend ə dizobaryerlərin və dezinfeksiya işlərinin aparılmamasının səbəbini qonşu ölkədən quş qripi təhlükəsinin olmaması ilə izah etdi. Ömərov eyni zamanda məntəqədə müasir dezinfeksiya avadanlıqlarının da çatişmadığını dedi.

Sərhəd keçid məntəqəsində məsələ ilə ba ğ l ı karantin m ü fətti ş liyi m ü nasibət bildirməkdən imtina etdi. Məntəqəde çirkli su ilə dolu g ö lm əçə dən keçməklə dezinfeksiya ol un du ğ unu deyən ba ş baytar həkim gətirilen y ü klərə cavabdeh olmad ıq lar ı n ı bildirdi.

Ölkənin şimal-qərb bölgəsinə ən çox toyuq məhsullarının qonşu Gürcüstandan gətirildiyini nəzərə alsaq, Mazimçay sərhəd məntəqəsi ilə hər an xəstəliyin yayılma təhlükəsi var.

Mazimçay keçid məntəqəsində olarkən köhnəlmiş dezinfeksiya aparatlarından belə istifadə olunmadığını sərnişin yüklərinin isə yoxlanılmadığının şahidi olduq. Sərhəddi keçən sürücülərin sözlərinə görə ölkəyə daxil olarkən heç bir dizobaryerə rast gəlməyiblər.

Balakən Azərbaycanın şimal-qərbində, paytaxt Bakıdan 451 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti