...

Azərbaycanın voleybol üzrə yığması Avro-2007-də itki ilə üzləşib

Cəmiyyət Materials 26 Sentyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığmasının aparıcı voleybolçularından biri olan Yelena Parxomenka Belçika və Lüksemburqda keçirilən Avropa çempionatının növbəti hissəsini buraxacaq.

Rusiyaya qarşı ikinci qrup mərhələsinin 0:3 hesablı məğlubiyyətlə başa çatan oyununda oyunçu dizindən ağır zədə alıb. İndi o, Fransa və Türkiyəyə qarşı keçirilən oyunlarda oynamayacaq. Bundan əlavə, analıq məzuniyyətində olan Əfsanə Məmmədyarova və Kseni Kovalenkonun yoxluğunu, həmçinin, zədədən sonra əvvəlki formasını hələ də bərpa edə bilməyən Yelena Şabovtanı nəzərə alsaq, ehtiyat oyunçular skamyasındakı oyunçuların sayı onsuz da kifayət qədər az idi.

Belə olan halda, sonuncu görüşdə əsas ağırlıq Əfsanə Quliyeva, Nataliya Məmmədova və Valeri Korotenkonun simasında, bir qədər təcrübəli üçlüyün üzərinə düşür.

Xəbər lenti

Xəbər lenti