...

Azərbaycan Gənc Tamaşaçılar teatrı oktyabr ayında qastrollara başlayacaq

Cəmiyyət Materials 26 Sentyabr 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 senytabr /müx. TrendLife Eldar Hüseynzadə/

Gənc Tamaşaçılar teatrı oktyabrın 14-15-də Azərbaycanın rayonlarına qastrol səfərinə yola düşür. Bu haqda TrendLife-a teatrın direktoru Mübariz Həmidov xəbər verib. Salyan, Əli-Bayramlı, Neftçala tamaşaçılarına rejissor Nicat Kazımovun "Üç cənnət alması" və Ağaxan Salmanlının "Nənəmin kələyi" tamaşalarını göstərəcəklər. Teatrı yaxınlarda xaricə səfər gözləyir. Hələlik bu barədə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti