...

Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirləri Almas İldırımın yubileyi çərçivəsində görüşəcəklər

Cəmiyyət Materials 27 Sentyabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan , Bakı, 27 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Artıq sabah Almas İldırımın 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək. Opera və Balet Teatrında isə tədbirin bağlanması münasibətilə gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat-katibi İntiqam Hümbətovun "TrendLife"a verdiyi məlumata görə, Bakıya Əbülfəz Qarayevin dəvəti ilə Türkiyənin müvafiq qurumunun başçısı Ertoğrul Günay gəlməlidir. Sabah səhər onların ikitərəfli görüşü gözlənilir. Əbülfəz Qarayev və Erdoğan Günay müxtəlif birgə layihələri müzakirə edəcəklər. Bu görüş jurnalistlərin iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti