...

Azərbaycanlı güdoçu Mövlud Mirəliyev bir ayağı ilə Olimpiadadadır

Cəmiyyət Materials 28 Sentyabr 2007 05:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z. Səfərov/ Azərbaycanlı cüdo ustası Mbvlud Mirəliyev ( 100 kq) Avropa Cüdo İttifaqının (EJU) yaydığı yenilənmiş lisenziya reytinqində liderliyi ələ alıb.

İdmançımızın ranq cədvəlində dördüncü yerdə olmasına baxmayaraq, ilk üç yeri Braziliyada başa çatmış dünya çempionatının nəticələrinə görə artıq lisenziya əldə etmiş atletlər tutur. Məs bu səbəbə görə Mövlud 90 xalla seçimə başçılıq edir. Nəzərə alaq ki, EJU onun Romada dünya kubokunda əldə etdiyi balları nəzərə almayıb.

2003 dünya çempionatının bürünc mükafatçısı üçün yaxın start Rotterdamda yaxın istirahət günlərində keçiriləcək Superkubok yarışları olacaq.

Xəbər lenti

Xəbər lenti