...

Azərbaycanın peşəkar boksçusu: "Yeni versiyalar üzrə kəmər uğrunda mübarizə aparacağam"

Cəmiyyət Materials 25 Oktyabr 2007 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmaylov dekabrın 8-də H.Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək WBO Latino titulunun müdafiəsindən sonra, digər versiyalar üzrə reytinq görüşləri keçirmək niyyətindədir.

İdmançının Trend ə verdiyi məlumata görə, o ranq üzrə tabeldə öz mövqeyini daha da möhkəmləndirmək üçün WBI və WBC versiyaları üzrə mübarizə aparmaq fikrindədir. "Hazırda mən WBO Latino titulunun sahibiyəm, lakin gələcəkdə özüm üçün yeni versiyalar üzrə kəmər qazanmaq istərdim. Əlbəttə, hələki bu yalnız istək olaraq qalır. Lakin bu ideya mənim üçün kifayət qədər cəlbedicidir" - deyə Ə.İsmaylov bildirib.

Əli son bir neçə ildə peşəkar rinqdə artq 10 qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti