...

Qubadakı məzarlıqda tapılan kələlərin sayı 157 –yə çatıb

Cəmiyyət Materials 7 Noyabr 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Noyabrın 1-dən etibarən, Qubadakı məzarlıqda arxeoloji qazıntıların aparılmasında müəyyən çətinliklər yaradan - ərazidə yerləşən evin sökülməsinə başlanılıb. Son bir həftə ərzində evin 65 faizi sökülüb. Gözlənildiyi kimi, binanın altından insan qalıqları tapılıb. Quba soyqırım ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin verdiyi məlumata görə, həmin binanın özülündən yeni 6 kəllə və əza sümükləri müəyyənləşib ki, bununla da məzarlıqda aşkarlanan kəllələrin sayı 157 -yə çatıb. Onun sözlərinə görə, evin söküldüyü ərazinin cənub hissəsində sümüklər müşahidə edilir və bina tam söküldükdən sonra, ehtimallara görə, yeni qalıqlar müəyyən ediləcək. Ağayev havaların soyuması ilə əlaqədar, arxeoloji qazıntıların məhdudlaşdırıldığını da bildirib.

Xəbər lenti

Xəbər lenti