...

Müğənni Nura Suri: "Bundan belə pulsuz soyunan deyiləm"

Cəmiyyət Materials 13 Noyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənnilərin soyunması adiləşsə də,aralarında "şalvarını geyinənlər" ə (nəzərə alaq ki, ətəkli donu şalvar əvəz edir) də rast gəlirik. Müğənni Nura kimi. Biz, Nura Surini, informasiya dəstəyi verdiyimiz "Qızıl Duet" musiqi yarışmasının pərədəarxasında geyinərkən yaxaladıq. Əvvəlcə o, hər vasitə ilə çalışdı ki, bu görüntüləri hansısa KİV vasitəsində yayımlanmasın. Sonra biz ona xatırlatdıq ki,Nura məşhur bir şirkətin istehsal etdiyi məhsulları reklam edən tanınmış simadır. Yəni, soyunmaq onun üçün yenilik olmamalıdır. Nura isə, dediklərimizə belə şərh verməyə çalışdı: "Malı-mala qatmazdım. O, bir layihədir və bu gün də davam edir. Bir dəki, çalışdığım şirkət məni yüksək qonorara öyrədib. Şirkətlər qulaqlarını açıb yaxşı eşitsinlər ki, bundan sonra pulsuz soyunan deyiləm. Onsuz da açıq-saçıq şəkillər çəkdirməyə o qədər də meylli olmamışam. Pərəstişkarlarım da bilir ki, heç vaxt anadangəlmə soyunmaram. Ən azından, mənim yüksək tərbiyəyə malik valideynlərim və evimdə böyütdüyüm iki oğlum var. Neyləyək ki, biz müğənnilər özümüzü şou-biznesə bütünlüklə həsr etmişik. Bir də, atalar demiş, "çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu".

Xəbər lenti

Xəbər lenti