...

Sevdiyim insanın adı "x" hərfi ilə başlayır - Rəqqasə Fatimə

Cəmiyyət Materials 3 Dekabr 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Cavid Osmanov/

Rəqqasə Fatimənin həyatından bizə nə məlumdur? Bircə onu bilirik ki, o, bir dəfə ailəli olub. Bu yaxınlarda isə, rəqqasənin sevgilisi ilə tətildən qayıtdığı barədə məlumat yayılıb. Deyilənə görə, onlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şamaxı, Şəki, Qəbələdə dincəliblər. Bu barədə TrendLife-a daha ətraflı Fatimə danışıb.

-Doğrudur, bu yaxınlarda tətildən qayıtmışam. Bu neçə gün müddətində sevgilimlə birgə çox xoşbəxt idim. Məndən olsaydı, bir az da qalardım. Təsəvvür edin ki, təmiz hava, sevdiyin də yanında. Bundan gözəl nə ola bilər ?!

-Bəlkə sevdiyin insanın kimliyini söyləyəsən?

-Hələ ki qoy sirr qalsın. Bircə onu deyə bilərəm ki, sevdiyim insanın adı "x" hərfi ilə başlayır, çox mülayim və başa düşən insandır. Onu da deyim ki, mən hələ ailə qurmağa hazırlaşmıram.

Xəbər lenti

Xəbər lenti