...

Müğənni Rüfət Axundovun toyu oldu

Cəmiyyət Materials 11 Dekabr 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Cavid Osmanov/

Nəhayət, Rüfət Axundov da ailə həyatı qurdu. Toy paytaxt restoranlarının birində təşkil olunmuşdu. Mərasimə, bəzi müğənnilər çıxmaq şərti ilə. bütün şou-biznes nümayəndəsi təşrif buyurmuşdu. Toyun tamadası Azər Axşam, demək olar ki, heç kimi darıxmağa qoymurdu.Buna baxmayaraq, bəy, nədənsə, həyacanlı görünürdü. Tez-tez foyeyə çıxır, dostları ilə nəsə müzakirə edirdi. Növbəti dəfə bəy foyeyə çıxanda TrendLife onunla danışmağa müvəffəq oldu.

"Əlbəttə, çox xoşbəxtəm. Bütün sənətçi dostlarıma öz dərin minnətdarlığımı bildirirəm. Onları bu gün burda görüdüm çox sevindim. Hamı mənə deyir ki, gəlini anan sənin üçün seçib? Deyirəm ki, yox, sadəcə, anam qızı mənə göstərib, mən də bəyənib almışam. Bu gün isə, mən onu daha da çox sevdim. Ümid edirəm ki, o, məni həyat boyunca başa düşəcək" - deyən bəy öz təssüratları ilə bölüşdü.

Biz də, öz növbəmizdə. sizə "xoşbəx olun!"- deyirik!

Xəbər lenti

Xəbər lenti