...

Boks üzrə Azərbaycan yığmasının kapitanı ölkə çempionatını buraxa bilər

Cəmiyyət Materials 12 Dekabr 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Boks üzrə Azərbaycan yığmasının kapitanı Şahin İmranov yaxın zamanlarda keçiriləcək Azərbaycan çempionatını buraxa bilər.

İdmançının Trend ə verdiyi məlumata görə, ağır mövsümdən sonra yaxşı formada deyil və kiçik fasilə etmək niyyətindədir. Yarış xüsusi xarakter daşıyacaq, belə ki, onun qalibləri kvalifikasiya yarışlarında Pekinə lisenziya qazanmaq uğrunda mübarizə aparmaq şansı əldə edəcəklər.

"Əlbəttə, hər şey Federasiya rəhbərliyindən asılıdır, odur ki, mən onların qəbul edəcəyi qərarı gözləyirəm. Sadəcə olaraq mən kiçik bir taym-aut götürmək, bundan sonra isə Azərbaycan çempionu ilə daha güclü idmançını müəyyən etmək üçün sparrinq keçirmək istərdim" - deyə İmranov vurğulayıb.

Boksçu Çikaqoda keçirilən dünya çempionatında olimpiya oyunlarına lisenziya qazanmaq üçün əsas iddiaçılardan hesab olunurdu. Lakin idmançı 1/8 finalda məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

Xəbər lenti

Xəbər lenti