...

Azərbaycanın Avarçəkmə Federasiyası ilin yekunlarına dair iclas keçirəcək

Cəmiyyət Materials 13 Dekabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Milli Avarçəkmə Federasiyası rəhbərliyi başa çatmaqda olan ilin yekunlarına dair iclas keçirəcək. İclas dekabrın 14-də Milli Olimpiya Komitəsində olacaq.

Trend in verdiyi məlumata görə, Federasiya rəhbrliyi bu dövr ərzində görülən işlər, o cümlədən, Mingəçevirdəki "Kür" bazasında bərpa işlərinin başa çatdırılması, beynəlxalq reqatların keçirilməsi və s.məsələlərə dair öz işçiləri qarşısında hesabat verəcək. bu dövr ərzində Azərbaycan avarçəkənləri müntəzəm olaraq Avropa arenasına çıxmağa və yüksək səviyyədə çıxış etmək üçün ilk təcrübələrini qazanmağa başlayıblar.

İclasın gündəliyinə Olimpiya lisenziyaları uğrunda mübarizə məsələsi çıxarılmayacaq. 2008-ci li Oyunları olmasa da, növbəti dörd ildən sonra Londonda keçiriləcək Olimpiya Oyunları zamanı bu məsələ qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti