...

Qrossmeyster Teymur Rəcəbov sürətli şahmat üzrə Dünya Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 14 Dekabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster yanvarın 2-də Odessada keçiriləcək sürətli şahmat üzrə Dünya Kubokunda iştirak edəcək. Xantı-Mansiyskdə, Dünya Kubokunda çıxışını bitirən həmvətənimiz qarşıdakı yarışa hazırlaşır. Odessada, bundan əvvəlki turnirdə, Teymur yarımfinala qədər irəliləyib və yarımfinalda ukraynalı Vasili İvançuka məğlub olub. Yarışın statusunu nəzərə almaqla demək olar ki, yeni ilin ilk Beynəlxalq qəniməti uğrunda mübarizədə bir çox aparıcı qrossmeysterlər iştirak edəcəklər. Teymur, yarışdan dərhal sonra Veyk-An-Zeeyə yola düşəcək. Yanvarın 11-də bu şəhərdə keçiriləcək ənənəvi superturnirdə o, hazırki qalib dərəcəsində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti