...

Qazaxda əhali su problemi ilə üzləşib

Cəmiyyət Materials 18 Dekabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Qazax rayonunda əhali su problemi ilə üzləşib. "Rayonun sərhəddə yerləşən Ağköynək və Qarapapaq kəndlərinə gələn su boruları sıradan çıxsa da, 5 aydır təmir olunmur. Buna səbəb su borularının minalanmış ərazidə yerləşməsidir" Ağköynək kənd bələdiyyəsinin sədri Saleh Süleymanov çərşənbə axşamı Trend ə bildirib.

Boru xətti ilə 3480 sakini olan Ağköynək və 2000 sakini olan Qarapapaq kəndlərini su ilə təchiz edirdi. Hazırda kəndlərin suya olan təlabatı bir artezianın hesabına ödənilir.

Süleymanov deyib ki, su borularının yerləşdiyi ərazilər minalandığı üçün hərbçilər borunların təmirinə icazə vermir. Bələdiyyə sədrinin sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üçün yerli icra hakimiyyətinə və Müdafiə Nazirliyinə müraciət etsə də nəticəsiz qalıb.

Qazax rayon İcra Hakimiyyətinin sosial məsələlər üzrə müavini Tahir Musayev problemlə bağlı müdafiə naziri Səfər Əbiyevə məlumat verdiklərini və tezliklə problemin həll ediləcəyini bildirib. Musayevin sözlərinə görə, hazırda hərbçilər həmin əraziyə baxış keçirirlər,oradakı vəziyyətlə tanış olduqdan sonra minalardan təmizləmə işinə başlayacaqlar .

Qazax paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti