...

Azərbaycanın rayonları aktyor Coşğun Rəhimovun gözü ilə

Cəmiyyət Materials 26 Dekabr 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Yanvar ayında "Xəzər" telekanalında yeni layihəyə start veriləcək. Layihənin aparıcısı tanınmış aktyor Coşğun Rəhimov olacaq. Verilişin hansı formatda olacağını Coşğun TrendLife-a söylədi.

-Sözügedən layihə "Coşğunun səyahəti" ya da "Coşğunla xalqdan-xalqa" adlanacaq. Biz çəkiliş qrupu ilə birgə Azərbaycanın rayonlarına səyahət edəcəyik. Orada insanlar necə yaşayır, hansı adət-ənənələr qorunub - saxlanılır, hamısını lentə alacayıq.

Onu da qeyd edək ki, bu, Coşğun Rəhimovun ikinci televiziya layihəsidir. Buna qədər aktyor "Ofis" realiti-şousunun aparıcısı olub.

Xəbər lenti

Xəbər lenti