...

Azərbaycanın tranzit çaylarında suyun səviyyəsi qalxıb

Cəmiyyət Materials 23 Yanvar 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / " müxbir E.Hüseynli/ Azərbaycanda yanvarın əvvəllində yağan qar aylıq normadan çox olduğundan, ölkə çaylarında sululuq artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən çərşənbə günü Trend ə bildiriblər ki, Azərbaycanın tranzit çayları olan Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 87,0 m?/san (ongünlük normanın 55%-i), Qanıx çayından Mingəçevir su anbarına axım 44 m?/san (ongünlük normanın 66%-i), Araz çayından Araz su anbarına axım 139 m?/san (ongünlük normanın 100%-i) təşkil edir.

Məlumata görə, respublikanın dağ, o cümlədən Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 70-120 %-ni, Balakən-Şəki bölgəsi çaylarında normanın 220-240%-ni, Naxçıvan MR çaylarında 90%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında 40-110%-ni, Lənkəran-Astara bölgəsi çaylarında isə, normanın 20-50%-ni təşkil edir.

Hazırda Kür çayının aşağı axınında səviyyə Mingəçevir və Araz su anbarlarından buraxılan suyun hesabına tənzimlənir. Kürün aşağı axınında səviyyənin tərəddüdü müşahidə olunur. Kür çayının aşağı axınındakı hazırki səviyyələr 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə, orta hesabla, 30-90 sm çoxdur.

Xəbər lenti

Xəbər lenti